BAKI, 20 iyun. TELEQRAF
Braziliya millisinin futbolçusu Rafinya 2026-cı il dünya çempionatında Haiti ilə oyunu erkən başa vurub.
Teleqraf xəbər verir ki, C qrupunun II tur matçında start heyətində meydana çıxan vinger qarşılaşmanın gedişində əvəzlənib.
Zədədən əziyyət çəkən Rafinya qarşılaşmanı davam etdirə bilməyib və baş məşqçi Karlo Ançelotti erkən dəyişikliyə məcbur olub.
Braziliyalı matçın 40-cı dəqiqəsində Rayanla əvəzlənib.
Qeyd edək ki, Braziliya-Haiti matçında hesab hazırda 2:0-dır.