BAKI, 20 iyun. TELEQRAF

Mərakeş millisinin futbolçusu Brahim Dias 2026-cı il dünya çempionatında unikal göstəriciyə imza atıb.

Teleqraf xəbər verir ki, “Real”ın oyunçusu C qrupunun II turunda Şotlandiya ilə matçda məhsuldar ötürmə müəllifi olub.

Diasın ötürməsindən sonra İsmail Saibari 2-ci dəqiqədə fərqlənib. Bu görüşdə yeganə qol olub və Mərakeş 1:0 hesablı qələbə qazanıb.

Beləliklə, Brahim dünya çempionatının ilk iki oyununda məhsuldar ötürmə edən ilk afrikalı futbolçu olub. O, ilk turda Braziliya ilə 1:1 hesablı heç-heçə başa çatan matçda da Saibarinin qoluna assist etmişdi.

Qeyd edək ki, Mərakeş millisi qrup mərhələsinin son turunda Haiti ilə qarşılaşacaq.