BAKI, 20 iyun. TELEQRAF
2026-cı il dünya çempionatında C qrupunun II turunun ilk oyunu keçirilib.
Teleqraf xəbər verir ki, Şotlandiya millisi Mərakeşlə qarşılaşıb.
Görüş Mərakeş yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qol 2-ci dəqiqədə vurulub. İsmail Saibari hesabı açaraq komandasına 3 xal qazandırıb.
Bu, Saybarinin turnirdə ikinci qolu olub. PSV-nin yarımmüdafiəçisi ilk turda Braziliya ilə görüşdə də fərqlənmişdi.
Qeyd edək ki, C qrupunun digər oyununda Braziliya Haiti ilə qarşılaşacaq.
***
03:06
2026-cı il dünya çempionatının Şotlandiya-Mərakeş matçında ikinci yarı başlayıb.
Teleqraf xəbər verir ki, Mərakeş yığması fasiləyə öndə yollanıb - 1:0.
***
02:50
2026-cı il dünya çempionatının Şotlandiya-Mərakeş matçında ilk hissə yekunlaşıb.
Teleqraf xəbər verir ki, Mərakeş yığması fasiləyə üstün yollanıb - 1:0.
***
02:02
2026-cı il dünya çempionatının Şotlandiya-Mərakeş matçında hesab açılıb.
Teleqraf xəbər verir ki, Mərakeş yığması 1:0 önə keçib.
2-ci dəqiqədə vurulan qolun müəllifi İsmail Saibari olub.
***
02:00
2026-cı il dünya çempionatında C qrupunun II turuna start verilib.
Teleqraf xəbər verir ki, turun ilk matçında Şotlandiya və Mərakeş milliləri üz-üzə gəlir.
Qarşılaşma Bakı vaxtı ilə saat 02:00-da başlayıb.
Hərəyə 1 xalı olan komandalar hazırda qrupda ilk iki pilləni bölüşür. Şotlandiya birinci, Mərakeş isə ikinci sıradadır.
C qrupunun digər oyununda Braziliya Haiti ilə qarşılaşacaq.