BAKI, 20 iyun. TELEQRAF
2026-cı il dünya çempionatında C qrupunun II turunun daha bir oyunu keçirilib.
Teleqraf xəbər verir ki, Braziliya millisi Haiti ilə qarşılaşıb.
Filadelfiyada keçirilən görüş “sambaçılar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Braziliyanın heyətində Mateus Kunya dubl edib. Digər qolu isə Vinisius Junior vurub.
Bu nəticədən sonra Braziliya turnirdə ilk qələbəsini qazanıb və xalını 4-ə çatdırıb. Haiti isə ikinci oyununda da meydanı məğlub tərk edib.
Qeyd edək ki, C qrupunun digər matçında Mərakeş Şotlandiyanı 1:0 hesabı ilə məğlub edib.
***
05:42
2026-cı il dünya çempionatında Braziliya – Haiti matçında ikinci hissə başladı.
***
05:24
2026-cı il dünya çempionatında Braziliya – Haiti matçının ilk hissəsi başa çatıb.
Teleqraf xəbər verir ki, C qrupunun II tur qarşılaşmasında Braziliya fasiləyə böyük üstünlüklə yollanıb.
Braziliya seçməsi ilk 45 dəqiqəni 3:0 hesabı ilə öndə tamamlayıb. Komandanın heyətində Mateus Kunya 23-cü və 36-cı dəqiqələrdə fərqlənib. Vinisius Junior isə 45+3-cü dəqiqədə hesab arasındakı fərqi artırıb.
Qeyd edək ki, Braziliya ilk turda Mərakeşlə 1:1 hesablı heç-heçə edib.
***
05:20
2026-cı il dünya çempionatında Braziliya Haiti ilə matçda fərqi 3-ə çatdırıb.
Teleqraf xəbər verir ki, 45+3-cü dəqiqədə Vinisius Junior fərqlənib.
***
05:08
2026-cı il dünya çempionatında Braziliya Haiti ilə matçda fərqi 2-yə çatdırıb.
Teleqraf xəbər verir ki, Mateus Kunya 36-cı dəqiqədə dubla imza atıb.
***
04:56
2026-cı il dünya çempionatının Braziliya-Haiti matçında hesab açılıb.
Teleqraf xəbər verir ki, Braziliya seçməsi hesabda 1:0 önə keçib.
Qolun müəllifi 23-cü dəqiqədə Mateus Kunya olub.
***
04:30
2026-cı il dünya çempionatında C qrupunun II turunun daha bir oyunu keçirilir.
Teleqraf xəbər verir ki, Braziliya millisi Haiti ilə üz-üzə gəlir.
Qarşılaşma Bakı vaxtı ilə saat 04:30-da Filadelfiyada start götürüb.
Braziliya ilk turda Mərakeşlə 1:1 hesablı heç-heçə edib. Haiti isə qrupda ilk xalını qazanmaq üçün meydana çıxacaq.
Qeyd edək ki, C qrupunun digər matçında Mərakeş Şotlandiyanı 1:0 hesabı ilə məğlub edib.