BAKI, 20 iyun. TELEQRAF

Mərakeş millisi 2026-cı il dünya çempionatının ən erkən qoluna imza atıb.

Teleqraf xəbər verir ki, C qrupunun II turunda Şotlandiya ilə keçirilən matçda hesab 2-ci dəqiqədə açılıb.

Mərakeşin qolunu İsmail Saibari vurub. Brahim Diazın sağ cinahdan ötürməsindən sonra PSV-nin yarımmüdafiəçisi ofsayd tələsindən yayınaraq cərimə meydançasında topa toxunub və qapıçı Anqus Qannı məyus edib.

Bu, Saibarinin turnirdə ikinci qolu olub. O, ilk turda Braziliya ilə görüşdə də fərqlənmişdi.

Hazırda Şotlandiya – Mərakeş matçında hesab 0:1-dir.