BAKI, 19 iyun. TELEQRAF
Rusiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarının Körfəz ölkələrinə səfər etməkdən çəkinməsi ilə bağlı əvvəlki tövsiyələri ləğv edib.
Teleqraf TASS-a istinadla xəbər verir ki, qərarın qəbuluna səbəb ABŞ ilə İran arasında hərbi münaqişəyə son qoyulması və Yaxın Şərq bölgəsində vəziyyətin sabitləşməsi olub.
Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Körfəz Əməkdaşlıq Şurasının üzv ölkələrinə - Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanına turist səyahətləri də daxil olmaqla, artıq şəxsi məqsədlər üçün səfər etməkdən çəkinməklə bağlı tövsiyələri qüvvədə saxlamağa ehtiyac görmür.