BAKI, 19 iyun. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələri “Hizbullah”ın Livanın cənubundakı Nəbatiyyə vilayətində yerləşən mövqelərinə intensiv zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində 68 nəfər həlak olub, 128 nəfər isə yaralanıb.
Martın 2-dən başlayan hərbi eskalasiya dövründə həlak olanların ümumi sayı 3 980 nəfərə, yaralananların sayı isə 12 001 nəfərə çatıb.
***
18:40
Son sutka ərzində İsrailin Livanın cənub və şərqində şiə Hizbullahın mövqelərinə endirdiyi hava zərbələri nəticəsində azı 47 nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
"Nəbatiyə əyalətində və Bekaa vadisindəki yaşayış mətəqələrinə hava zərbələri endirilib, nəticədə 47 mülki şəxs həlak olub, 97 nəfər yaralanıb" - məlumatda qeyd olunur