Böyük Britaniyanın Baş naziri Keir Starmer həftə sonu vəzifəsində qalıb-qalmayacağına qərar verəcək.
Teleqraf xəbər verir ki, bu barədə "The Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Starmer etiraf edib ki, hakim Leyborist Partiyasının bir çox üzvü onun istefasını istəyir. Baş nazir həftəsonu həyat yoldaşı Viktoriya və digər ailə üzvləri ilə danışdıqdan sonra istefa verib-verməyəcəyinə qərar verəcək.
7 may tarixində keçirilən yerli özünüidarəetmə seçkilərindən sonra Böyük Britaniyada siyasi böhran başlayıb. Seçkilərdən sonra Leyboristlər Partiyası ilk dəfə Uels Parlamentinə nəzarəti itirib. Leyboristlər İngiltərədəki müxtəlif qanunvericilik orqanlarında əvvəlkindən 1400 az yer qazanıb. Starmer seçkilərdəki məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürüb, lakin o, baş nazir vəzifəsindən istefa verməkdən imtina edib.