BAKI, 20 iyun. TELEQRAF
Braziliya millisinin əfsanəvi futbolçuları Ronaldinyo, Ronaldo Nazario və Kaka yığmanı Haiti ilə oyunda dəstəkləyirlər.
Teleqraf xəbər verir ki, 2026-cı il dünya çempionatının C qrupunda keçirilən Braziliya – Haiti matçını sabiq ulduzlar stadiondan izləyirlər.
Qarşılaşma ABŞ-ın Filadelfiya şəhərindəki “Linkoln Faynenşl Fild” stadionunda keçirilir. İlk hissə Braziliya millisinin 3:0 hesablı üstünlüyü ilə başa çatıb.
Qeyd edək ki, Ronaldinyo, Ronaldo və Kaka Braziliya millisinin 2002-ci ildə qazandığı son dünya çempionluğunda komandanın heyətində yer alıblar.