BAKI, 20 iyun. TELEQRAF
2026-cı il dünya çempionatında Türkiyə millisi növbəti oyununu keçirib.
Teleqraf xəbər verir ki, D qrupunun II tur matçında Türkiyə Paraqvayla qarşılaşıb.
Görüş Paraqvayın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qol 64-cü saniyədə vurulub. Matias Qalarza erkən qolla Paraqvaya 3 xal qazandırıb.
Paraqvay ikinci hissədə azlıqda qalıb. Migel Almiron birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Buna baxmayaraq, Türkiyə rəqib qapısına yol tapa bilməyib.
Bu nəticədən sonra Türkiyə qrupda ikinci məğlubiyyətini alıb. Paraqvay isə ilk qələbəsini qazanaraq xalını 3-ə çatdırıb.
Bu nəticədən sonra yığmanın qrupdan çıxmaq şansı qalmayıb.
***
08:12
2026-cı il dünya çempionatının Türkiyə-Paraqvay matçında ikinci hissə başladı.
***
07:55
2026-cı il dünya çempionatının Türkiyə-Paraqvay matçında ilk hissə yekunlaşıb.
Teleqraf xəbər verir ki, gərgin keçən birinci yarıda Paraqvay yığması üstün olub - 1:0.
***
07:48
Paraqvay yığması meydanda 10 nəfər qalıb.
Teleqraf xəbər verir ki, millinin futbolçusu Miquel Almiron komandasını azlıqda qoyub. O, birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Buna səbəb qarşılaşma zamanı yaşanan gərginlikdə futbolçunun ağızını qapadaraq danışması səbəb olub.
Yeni qaydalara əsasən, futbolçuların əli ilə ağzını bağlaması qadağandır.
***
07:02
Türkiyə-Paraqvay matçında hesab açılıb.
Teleqraf xəbər verir ki, qarşılaşmanın 2-ci dəqiqəsində Paraqvay seçməsi hesabda önə keçib - 1:0.
Qolun müəllifi Matias Qalarza olub.
***
07:00
Türkiyə millisi 2026-cı il dünya çempionatında ikinci oyununu keçirir.
Teleqraf xəbər verir ki, Türkiyə millisi Paraqvayla qarşılaşır.
Görüş ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhərində keçirilir. Matç Bakı vaxtı ilə saat 07:00-da başlayıb.
Qarşılaşmanı Salvador Futbol Federasiyasından İvan Barton idarə edir. Ona həmyerliləri David Moran və Antonio Pupiro kömək edirlər. Dördüncü hakim Yamaykadan Oşeyn Neyşndır.
Qeyd edək ki, D qrupunda ABŞ 6 xalla pley-off mərhələsinə vəsiqəni təmin edib.