BAKI, 20 iyun. TELEQRAF
Saray qəsəbəsində iki avtomobilin iştirakı ilə yol qəzası baş verib.
Teleqraf xəbər verir ki, hadisə zamanı “Mercedes” və “VAZ-2107” markalı nəqliyyat vasitələri toqquşub.
Toqquşmanın təsirindən 3 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Hadisə yerinə operativ şəkildə təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar Sumqayıt şəhərində yerləşən xəstəxanaya yerləşdiriliblər.
Qəzanın hansı şəraitdə baş verdiyi araşdırılır.