BAKI, 20 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda Türkiyə və Çinə səfər etməyi planlaşdırdığını bildirib.
Teleqraf xəbər verir ki, o, Vaşinqton yaxınlığındakı Endryus aviabazasında çıxışı zamanı ABŞ administrasiyasının qarşıdakı dövrdə bir sıra xarici səfərlər həyata keçirəcəyini deyib.
"Biz çox səyahət edirik. Türkiyəyə gedəcəyik. Həmçinin bu il ərzində yenidən Çinə qayıdacağıq", - deyə Tramp bildirib.
Qeyd edək ki, iyulun 7-8-də Ankarada NATO-nun sammiti keçiriləcək.