BAKI, 20 iyun. TELEQRAF
2026-cı il dünya çempionatında Braziliya - Haiti matçının ən yaxşı futbolçusu bəlli olub.
Teleqraf xəbər verir ki, C qrupunun II turunda keçirilən qarşılaşmada bu ada Braziliya millisinin üzvü Vinisius Junior layiq görülüb.
“Real”ın vingeri komandasının 3:0 hesablı qələbəsində əsas rol oynayıb. Vinisius görüşdə Braziliyanın üçüncü qolunu vurub, ikinci qolun isə məhsuldar ötürməsini edib.
Qeyd edək ki, bu qələbədən sonra Braziliya xallarını 4-ə çatdırıb. Haiti isə ikinci oyunundan da məğlub ayrılıb.