BAKI, 19 iyun. TELEQRAF
ABŞ Silahlı Qüvvələrinin Sakit okeanda narkotik qaçaqmalçılarına məxsus olduğu iddia edilən gəmiyə endirdiyi zərbə nəticəsində üç nəfər həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.
Komandanlığın "X" sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib ki, kəşfiyyat məlumatları gəminin Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı marşrutları boyunca hərəkət etdiyini və narkotik maddələrin daşınmasında istifadə olunduğunu təsdiqləyib.
Məlumata görə, əməliyyat zamanı gəmiyə zərbə endirilib və nəticədə üç nəfər ölüb.
ABŞ mediasının məlumatına əsasən, 2025-ci ilin payızından etibarən ABŞ hərbçilərinin narkotik qaçaqmalçıları tərəfindən istifadə edildiyi ehtimal olunan qayıq və gəmilərə qarşı həyata keçirdiyi hücumlar nəticəsində 200-dən çox insan həyatını itirib.