BAKI, 20 iyun. TELEQRAF

2026-cı il dünya çempionatında yeni qırmızı vərəqə qaydası ilk dəfə tətbiq edilib.

Teleqraf xəbər verir ki, hadisə D qrupunun II turunda keçirilən Türkiyə – Paraqvay matçında yaşanıb.

Paraqvay millisinin futbolçusu Miqel Almiron meydandan qovulub. Təcrübəli yarımmüdafiəçi Mert Müldürə ünvanladığı ifadələr zamanı əli ilə ağzını bağlasa da, epizod VAR tərəfindən araşdırılıb.

Baş hakim videomüşahidədən sonra Almirona birbaşa qırmızı vərəqə göstərib.

Qeyd edək ki, FIFA DÇ-2026-dan əvvəl futbolçuların rəqib və hakimlərlə danışarkən əli ilə ağzını bağlamasını qadağan edib. Almironun epizodu bu qaydanın turnirdə ilk tətbiqi olub.