BAKI, 17 iyun. TELEQRAF

ABŞ prezidenti Donald Tramp və Misir prezidenti Əbdülfəttah əs-Sisi Fransada keçirilən G7 sammiti çərçivəsində birgə mətbuat konfransı keçiriblər.

Teleqraf xəbər verir ki, görüş zamanı liderlər əsas diqqəti ABŞ və İran arasında davam edən sülh danışıqlarına yönəldiblər.

Mətbuata açıqlama verən ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı iddialı danışıb və rəsmi Tehranın heç vaxt nüvə silahı əldə etməməsi ehtimalının 99,99 faiz olduğunu vurğulayıb.

D.Tramp sülh prosesinin və əldə olunan anlaşmaların qlobal iqtisadiyyata və enerji bazarlarına müsbət təsirlərindən də bəhs edib:

“Hazırda maliyyə bazarlarında həqiqətən sevindirici bir mənzərə var. Bazar çox sürətlə yüksəlir, hətta həddindən artıq artır. Neftin qiyməti isə aşağı düşüb. Bu real göstəricilər hər hansı sözlərdən daha güclü danışır”.