BAKI, 16 iyun. TELEQRAF

Ötən həftəsonu Ağ Evin ərazisində keçirilən “UFC America 250” qarışıq döyüş növləri turniri zamanı planlaşdırılan hücumların qarşısı alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patel məlumat verib.

“FTB və hüquq-mühafizə orqanlarının əməkdaşları Vaşinqtonda keçiriləcək “UFC America 250” tədbirinə potensial təhlükə ilə bağlı məlumat əldə ediblər. FTB, tərəfdaş qurumlar və Ədliyyə Nazirliyinin operativ tədbirləri nəticəsində bir neçə nəfər saxlanılıb, çoxştatlı əməliyyat zamanı isə planlaşdırılan hücumların qarşısı alınıb”, – deyə Keş Patel bildirib.

Məlumata görə, əməliyyat çərçivəsində Ohio, Missuri və Kaliforniya ştatlarında beş nəfər saxlanılıb.

"Uğursuz hücumun təşkilatçılarından biri qaldığı evdə çoxsaylı silah saxlayıb və Adolf Hitler haqqında müsbət fikirlər səsləndirib" - məlumatda qeyd olunur.

Saxlanılan 19 yaşlı Taysen Properin atasının dediyinə görə, turnirdən bir gün əvvəl oğlu tüfəng, zirehli gödəkcə, əlavə maqazinlər, düşərgə ləvazimatları alıb. Bütün bunlara ümumilikdə təxminən 3000 dollar xərcləyib. O həmçinin evdə minlərlə patron olan bir neçə qutu, AR-15 yarımavtomat tüfəng və başqa bir tüfəng saxlayıb..

FTB bildirib ki, "Ailə üzvləri həmçinin onun son aylarda verdiyi narahatedici açıqlamaları, o cümlədən Adolf Hitler haqqında müsbət şərhlər etməsini və Facebook-da (Rusiyada qadağan olunmuş və Rusiyada ekstremist kimi tanınan Meta şirkətinə məxsus olan) antisemit şərhlər paylaşmasını qeyd ediblər".

Şübhəli şəxslərin turnirin keçirildiyi binalara pilotsuz uçuş aparatları ilə hücumlar təşkil etdiyi qeyd olunur.