BAKI, 17 iyun. TELEQRAF

“Ruslar bizi öz vassalları hesab edirlər, düşünürlər ki, onlarla yola getməliyik, nə desələr, başımızı aşağı salıb razı olmalıyıq”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın “Respublika naminə” partiyasının sədr müavini Ruben Mehrabyan bildirib.

“Putin erməni xalqından siyasi məğlubiyyət və zərbə aldı, onu kürəyindən kürək sapı ilə vurduq, indi ağrılar içində qıvrılır”, - o qeyd edib.

Ermənistan baş prokurorunun sabiq prezident Robert Köçəryana qarşı cinayət işinin açılmasına razılıq almaq məqsədilə Mərkəzi Seçki Komissiyasına müraciətinə gəlincə, Mehrabyan deyib:

“Köçəryan Ermənistanın dövlət olmaması üçün əlindən gələni edib, həbsxanaya salınmalıdır. Təkcə Köçəryan yox, Samvel Karapetyan və Qaqik Sarukyan da həbs olunmalıdır. Hüququn çəkicini daha da ağırlaşdırmaq lazımdır”.