BAKI, 17 iyun. TELEQRAF
Pakistan və Misirin xarici işlər nazirləri arasında ABŞ və İran arasında əldə olunmuş yeni sülh razılaşmasını mərkəzə alan mühüm telefon danışığı baş tutub.
Teleqraf bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilir ki, Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar misirli həmkarı Bədr Abdelati ilə danışıqlar aparıb. Nazirlər regional təhlükəsizlik məsələləri ilə yanaşı, ABŞ və İran arasında son günlər əldə edilmiş prinsipial anlaşmaları geniş təhlil ediblər.
Vurğulanıb ki, tərəflər bu həftənin cümə günü İsveçrənin Burgenştok şəhərində Vaşinqtonla Tehran arasında rəsmən imzalanması gözlənilən Anlaşma Memorandumu ətrafında ətraflı fikir mübadiləsi aparıblar.