BAKI, 16 iyun. TELEQRAF
İran silahlı qüvvələri İsraili Livanda atəşkəsi pozmağı dayandırmayacağı təqdirdə sərt cavabla hədələyib.
Teleqraf xəbər verir ki, İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının bəyanatında deyilir: "Sizi xəbərdar edirik: əgər sionist rejimin ordusu Livanın cənubundakı təcavüzkar hərəkətlərini dayandırmasa, İranln güclü Silahlı Qüvvələrindən sərt cavab gözləməlidir".
Qeyd olunur ki, son iki gündə İsrail ordusu Livanda atəşkəsi 84 dəfə pozub.