BAKI, 17 iyun. TELEQRAF

“Qarabağ”ın UEFA Avropa Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.

Teleqraf xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçirilib.

Ağdam təmsilçisi I təsnifat mərhələsində İslandiyanın “Vestri” klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, II təsnifat mərhələsində ÇSKA (Sofiya, Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Qurban Qurbanovun komandası mərhələni keçməyəcəyi halda, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) - RFS (Litva) duelinin qalibi ilə görüşəcək.

Xatırladaq ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-də, cavab görüşləri isə iyulun 30-da keçiriləcək.