BAKI, 17 iyun. TELEQRAF
"Böyük yeddilik" (G7) ölkələri Ukraynanın qarşıdakı qışı daha rahat keçirməsi üçün enerji sektoruna əlavə dəstək göstərmək barədə razılığa gəliblər.
Teleqraf xəbər verir ki, bu barədə Fransada keçirilən G7 sammitinin yekunları üzrə geosiyasi məsələlərə dair birgə bəyanatda bildirilib.
Sənəddə qeyd olunur ki, G7 ölkələri Ukrayna hakimiyyətinin müəyyən etdiyi ehtiyac və prioritetləri nəzərə alaraq ölkənin enerji dayanıqlığının gücləndirilməsini vacib hesab edirlər.
"Biz enerji dayanıqlığının əhəmiyyətini vurğulayırıq. Ukrayna hakimiyyətinin müəyyən etdiyi ehtiyac və prioritetləri nəzərə alaraq, ölkənin qarşıdakı qışı keçirməsinə kömək etmək üçün əlavə dəstək göstərilməsi barədə razılığa gəldik", - bəyanatda deyilir.
Qeyd edək ki, G7 sammiti iyunun 15-17-də Fransada keçirilir.