BAKI, 16 iyun. TELEQRAF

İran Hörmüz boğazını istədiyi vaxt bağlamaq imkanı əldə edib və bu da Tehrana qlobal iqtisadiyyata təzyiq göstərmək üçün güclü bir vasitə verib.

Teleqraf xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Kanalın mənbələrinə görə, 19 iyunda imzalanması planlaşdırılan razılaşmanın hazırlanmasına baxmayaraq, İran son münaqişə zamanı əsas dəniz arteriyasına girişi bağlamaq qabiliyyətini nümayiş etdirib. Amerika kəşfiyyatı hesab edir ki, Tehran gələcəkdə bu mexanizmdən yenidən istifadə edə bilər.

"Biz boğazın nəzarətini faktiki olaraq İrana təhvil verdik. Bu, istənilən nüvə silahından daha güclüdür. Müharibə Tehranın Hörmüz boğazından təsir vasitəsi kimi istifadəsinə şərait yaratdı" - mənbə qeyd edib