BAKI, 17 iyun. TELEQRAF
ABŞ və İran arasında müharibəni bitirmək üçün əldə olunan razılaşmanı və Hörmüz boğazının yenidən açılmasını yüksək qiymətləndiririk.
Teleqraf xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Brüsseldəki mətbuat konfransı zamanı deyib.
M.Rutte boğazdan sərbəst keçidin bərpasının böyük bir irəliləyiş olacağını bildirib:
"Bir çox NATO müttəfiqi Fransa və Böyük Britaniyanın rəhbərlik etdiyi təşəbbüs vasitəsilə bu prosesi dəstəkləməyə hazırdır".
O, həmçinin əlavə edib ki, bu razılaşma Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün mühüm fürsətdir.
Rəsmi mənbələrə görə, hazırda İranın nüvə proqramı ilə bağlı elan edilmiş yekun saziş yoxdur. Bu məsələ bu həftənin cümə günü İsveçrədə sülh memorandumu imzalandıqdan sonra iki ölkə arasında aparılacaq danışıqların əsas mövzusu olacaq.