BAKI, 17 iyun. TELEQRAF

“Neftçi”nin UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.

Teleqraf xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçirilib.

Yarışa II təsnifat mərhələsindən qoşulacaq “Neftçi" “Dinamo” (Minsk, Belarus) - “Sileks” (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da keçiriləcək.