BAKI, 17 iyun. TELEQRAF
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü İbrahim Rezayi ABŞ ilə anlaşma memorandumunu tənqid edərək, mümkün sazişi “balanssız” adlandırıb.
Teleqraf xəbər verir ki, o, müqavilədə İranın bütün qırmızı xətlərinin pozulduğunu bildirib.
Rezayi qeyd edib ki, müharibə hələ bitməyib və vəziyyətin münaqişədən kənara çıxdığını düşünmək olmaz: “Tammiqyaslı hibrid müharibəsindəyik, daha güclü olmaq üçün fürsətdən istifadə etməliyik”.
Komitənin sözçüsü həmçinin memorandumun tənqidçilərini müdafiə edərək bildirib ki, anlaşmanın əleyhdarları “ekstremist” adlandırılmamalıdır: “Əgər bu insanlar olmasaydı, Amerika əsgərləri hazırda başımızın üstündə olardı”.