BAKI, 17 iyun. TELEQRAF
"Sabah"ın UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.
Teleqraf xəbər verir ki, Masazır təmsilçisi "Vardar" (Şimali Makedoniya) - "Kups" (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçirilib.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları 17 iyulda, cavab matçları 21-22 iyulda baş tutacaq.
Xatırladaq ki, "Sabah" turnirin I təsnifat mərhələsində TNS (Uels) ilə münasibətləri aydınlaşdıracaq. Bu mərhələnin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək. Valdas Dambrauskasın baş məşqçisi olduğu Azərbaycan çempionu ilk matçı evdə keçirəcək.