BAKI, 16 iyun. TELEQRAF
Fransanın Müdafiə İnnovasiyası Agentliyi və Ukraynanın müdafiə innovasiya mərkəzi əməkdaşlıq müqaviləsi imzalayıblar.
Teleqraf xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin kommünikesində deyilir: "Tərəfdaşlıq müqaviləsi Ukrayna və Fransa silahlı qüvvələrinin xeyrinə birgə innovativ texnoloji həllərin təşviqi və inkişaf etdirilməsini hədəfləyir".
Agentlik bu müqavilə çərçivəsində hazırlanacaq məhsullar barədə ətraflı məlumat verməyib.