BAKI, 17 iyun. TELEQRAF
“Döyüş meydanında vəziyyət dəyişir. Rusiya ciddi irəliləyişlər əldə edə bilmir, Ukrayna yaxşı müqavimət göstərir. Söhbət Ukraynanın çox böyük əraziləri geri qaytarmasından getmir, amma ən azı cəbhə xətti sabitləşib, Rusiyanın irəliləyişləri daha yaxşı şəkildə məhdudlaşdırılır”, - Rutte bildirib.
NATO baş katibi həmçinin xatırladıb ki, cəbhədə hər ay 30-35 min Rusiya hərbçisi ölür.
Ruttenin sözlərinə görə, bu rəqəm təxminən ABŞ-nin Vyetnamla 15 il, SSRİ-nin Əfqanıstanla 10 il davam edən müharibələri zamanı verdiyi itkilərə uyğundur.
“Bununla belə, hamımız bu müharibənin bitməsini istəyirik. Buna son qoymaq lazımdır. Amma bunu iki nəfər – Ukrayna və Rusiya prezidentləri (Volodimir Zelenski və Vladimir Putin) edə bilər”, - o əlavə edib.