BAKI, 17 iyun. TELEQRAF
“ABŞ və İran arasında cümə günü imzalanması planlaşdırılan anlaşma memorandumu yekun deyil”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O bildirib ki, Vaşinqton Tehranın sazişin şərtlərinə əməl etməsindən narazı qalsa, ABŞ İrana qarşı zərbələri bərpa edəcək.
“Bu, yekun razılaşma deyil, anlaşma memorandumdur. Əgər xoşuma gəlməsə, onlara atəş açmağa və başlarına bomba atmağa davam edəcəyik. Memorandumu bəyənməsəm, onlar qulaq asmasalar, yenidən bomba yağdırmağa başlayacağıq. Çünki onlar 47 ildir qulaq asmırlar”, - Tramp vurğulayıb.