BAKI, 15 iyun. TELEQRAF
Avropanın dörd aparıcı ölkəsi İrana tətbiq edilən sanksiyaları ləğv etməyə hazır olduğunu bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə İtaliya, Fransa, Almaniya və Böyük Britaniyanın birgə bəyanatında bildirilir.
Yelisey sarayının rəsmi saytında dərc olunan sənədə əsasən, sanksiyaların götürülməsi üçün Tehran və Vaşinqton arasında tam razılığın əldə olunması, həmçinin İranın nüvə proqramı üzrə öhdəliklərini yerinə yetirməsi tələb olunur.
ABŞ və İran arasında memorandumun imzalanmasını alqışlayan dördlük rəsmi Tehranın heç vaxt nüvə silahı əldə etməməli olduğunu vurğulayıb.