BAKI, 12 iyun. TELEQRAF
"İranın saxta xəbər mediasına sızdırdığı ifadələrin yazılı ifadələrlə heç bir oxşarlığı yoxdur. Onların zəif və acınacaqlı bir razılaşma iddiası da daxil olmaqla dediklərinin həqiqətlə heç bir əlaqəsi yoxdur. Onlar dərindən vicdansızdırlar. Onlar üçün xoşməramlı münasibət kimi bir şey yoxdur".
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb.
Tramp həmçinin İranı bir neçə saat əvvəl Hörmüz boğazında Hindistan gəmilərinə hücum etməyə cəhddə günahlandırıb: "Onların Hörmüz boğazından çıxan Hindistan gəmilərinə qarşı dron hücumu tamamilə qəbuledilməzdir. İran hakimiyyəti tez bir zamanda daha məsuliyyətli davranmağa başlamalıdır".