BAKI, 12 iyun. TELEQRAF

Avropa İttifaqının (Aİ) Gürcüstana qarşı yürütdüyü siyasət Brüsselin hazırkı xarici xəttinə xas olan qeyri-kompetentliyin kiçik bir modelidir.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

O vurğulayıb ki, Gürcüstana qarşı irəli sürülən subyektiv tələblər və qanunvericilik prosesinə edilən təzyiqlər qəbuledilməzdir:

"Aİ-nin hazırkı idarəetmə aparatı öz əməlləri ilə beynəlxalq hüquq normalarını zədələyir və bu da birbaşa birliyin qlobal nüfuzunu sarsıdır".