BAKI, 12 iyun. TELEQRAF
İran xarici işlər naziri Abbas Əraqçi və fransalı həmkarı Jan-Noel Barro arasında telefon danışığı baş tutub.
Teleqraf xəbər verir ki, bu barədə Abbas Əraqçi sosial media hesabında paylaşım edib.
Tərəflər söhbət zamanı regiondakı son vəziyyəti, Pakistanın vasitəçiliyi ilə aparılan diplomatik danışıqların gedişatını və ikitərəfli əməkdaşlığın gündəliyində duran bir sıra məsələləri müzakirə ediblər.
Telefon danışığı zamanı bölgədəki mövcud siyasi proseslər və diplomatik həll yolları ətrafında fikir mübadiləsi aparılıb.