BAKI, 12 iyun. TELEQRAF
ABŞ hərbçiləri Hörmüz boğazı istiqamətində göndərilən iki İran pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, ABŞ qüvvələri iki kamikadze tipli zərbə dronunu havada məhv edib.
Adı açıqlanmayan amerikalı rəsmi bildirib ki, İran Hörmüz boğazından keçən kommersiya gəmilərinə zərbə endirməyə cəhd göstərib.
Bundan əvvəl İranın dövlət televiziya və radio şirkəti IRIB Hörmüzqan əyalətində yerləşən Sirik şəhəri yaxınlığında bir sıra partlayışların baş verdiyini xəbər vermişdi.
Hadisə ilə bağlı İran rəsmiləri hələlik rəsmi açıqlama verməyiblər.