BAKI, 12 iyun. TELEQRAF

NATO 2027-ci ildə ilk dəfə olaraq Kosovadakı Sülhməramlı Qüvvələrinin (KFOR) əsas heyətinin ixtisarına başlayacaq.

Teleqraf xəbər verir ki, bu barədə alyansın Belçikanın Mons şəhərində yerləşən Avropadakı Birləşmiş Silahlı Qüvvələr Komandanlığı bəyanat yayıb.

Bildirilib ki, Kosovadakı təhlükəsizlik vəziyyətinin ümumilikdə sabit qalması NATO-nu KFOR qüvvələrinin optimallaşdırılmasına sövq edib. İxtisar prosesi növbəti il ərzində mərhələli şəkildə, milli kontingentlərin planlı rotasiyası çərçivəsində həyata keçiriləcək. Komandanlıq ixtisarların konkret həcmini açıqlamayıb.

Qeyd edək ki, hazırda KFOR-un tərkibində 31 ölkədən 4 600 hərbçi xidmət edir.