BAKI, 11 iyun. TELEQRAF

İranın ABŞ ilə münaqişənin nizamlanmasına dair sazişin mətnini təsdiqlədiyinə dair məlumatlar həqiqəti əks etdirmir.

Teleqraf xəbər verir ki, bu barədə "Fars" agentliyi İranın danışıqlar qrupuna yaxın mənbəyə istinadən məlumat yayıb.

Daha öncə "New York Post" qəzeti Tehranın saziş layihəsi üzərində işi başa çatdıraraq sənədi Qətər vasitəsilə Vaşinqtona göndərdiyi barədə məlumat yaymışdı.

Mənbənin sözlərinə görə, razılaşmanın mətninin hazır olması və İran tərəfindən təsdiqlənməsi barədə məlumatlar həqiqəti əks etdirmir.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında sülh sazişi ilə bağlı ilkin razılığın əldə olunduğunu bildirmişdi.