BAKI, 12 iyun. TELEQRAF

Amerikalı sahibkar İlon Mask tarixdə sərvəti 1 trilyon dollar həddini keçən ilk şəxs olub.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, buna əsas səbəb Maskın sahibi olduğu “SpaceX” şirkətinin səhmlərinin ilkin kütləvi təklifinin (IPO) uğurla həyata keçirilməsi olub.

Agentliyin bildirdiyinə görə, “SpaceX”in bazar dəyərinin kəskin artması İlon Maskın ümumi sərvətini rekord həddə çatdırıb və onu dünya tarixində ilk trilyoner edib.

Hazırda IPO-nun nəticələri və şirkətin bazar kapitallaşması ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.