BAKI, 12 iyun. TELEQRAF

Almaniya millisinin futbolçuları dünya çempionatı zamanı azarkeşlərinə dəstək olmaq qərarına gəliblər.

Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, təşəbbüs komandanın kapitanı Coşua Kimmixdən gəlib.

O, ABŞ-da turist axını səbəbindən nəqliyyat qiymətlərinin kəskin artdığını nəzərə alaraq, azarkeşlərə iqtisadi dəstək göstərilməsini təklif edib.

Almaniya yığması qrup mərhələsində oyunlarını Hyuston, Toronto və Nyu-Cersidə keçirəcək. Matçların fərqli şəhərlərdə keçirilməsi azarkeşlər üçün əlavə yol xərcləri yaradıb.

Qeyd edək ki, Almaniya millisi dünya çempionatlarının dördqat qalibidir.