BAKI, 12 iyun. TELEQRAF

İranın Hörmüzqan əyalətində yerləşən Sirik şəhəri yaxınlığında bir neçə partlayış qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə İranın dövlət televiziya və radio şirkəti IRIB məlumat yayıb.

Məlumata görə, partlayışların baş verdiyi dəqiq məkan və onların mənbəyi hələ müəyyənləşdirilməyib. Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, bundan əvvəl İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahı ABŞ-ın ölkə ərazisinə təkrar zərbələri fonunda Hörmüz boğazında gəmi hərəkətinin tam dayandırılması barədə qərar qəbul edildiyini açıqlamışdı.

İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri isə boğazdan keçməyə cəhd göstərən azı iki gəminin vurulduğunu bildirmişdi.