BAKI, 12 iyun. TELEQRAF
İran və ABŞ memorandum imzalamağa heç vaxt bu qədər yaxın olmayıb.
Teleqraf xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi sosial media hesabında paylaşım edib.
O vurğulayıb ki, tərəflər sənədin imzalanmasına maksimum dərəcədə yaxınlaşıblar:
"İslamabad Anlaşma Memorandumu" heç vaxt reallaşmağa bu qədər yaxın olmayıb. Sənəd yekunlaşana qədər media onun məzmunu ilə bağlı fərziyyələr yürütməkdən çəkinməlidir. Məsuliyyətli və şəffaf yanaşmamıza uyğun olaraq, bütün təfərrüatlar vaxtı gəldikdə ictimaiyyətlə bölüşüləcək".