BAKI, 12 iyun. TELEQRAF

Gürcüstan Qırğızıstanı etibarlı tərəfdaş və dost dövlət kimi görür.

Teleqraf xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qırğızıstana rəsmi səfərini tarixi hadisə kimi qiymətləndirib:

"Gürcüstan Qırğızıstanı yalnız mühüm və etibarlı tərəfdaş deyil, həm də dost dövlət kimi görür. Ölkələrimizi və xalqlarımızı sıx tarixi münasibətlər birləşdirir. İnanıram ki, bu səfər ikitərəfli əməkdaşlığımızı yeni mərhələyə qaldıracaq".

Baş nazir qeyd edib ki, danışıqlar zamanı ticarət-iqtisadi əlaqələrin inkişafı xüsusi diqqət mərkəzində olub:

"İmzalanan birgə bəyannamə və digər ikitərəfli sənədlər gələcəkdə daha sıx əməkdaşlıq üçün əlverişli şərait yaradacaq. Tərəflər arasında ticarət-iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün çox böyük potensial mövcuddur".