BAKI, 12 iyun. TELEQRAF
Son aylarda ölkəmizə çox böyük investorlar gəlir. Gələcəkdə biz ölkəmizin iqtisadi imicini daha da gücləndirmək üçün bütün səylərimizi səfərbər edəcək və investorlarla çox aktiv şəkildə işləyəcəyik.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyanatla çıxış edib.
O vurğulayıb ki, hökumət ölkənin iqtisadi cəlbediciliyini qorumaq və xarici kapitalın axınını sürətləndirmək niyyətindədir:
"Qeydə alınan müsbət statistika həyata keçirilən iqtisadi siyasətin nəticəsidir və bu istiqamətdə fəaliyyət daha da genişləndiriləcək".