BAKI, 12 iyun. TELEQRAF
İranın Sirik şəhəri sahillərində baş verən partlayışın səbəbi Hörmüz boğazından icazəsiz keçməyə çalışan neft tankerinin saxlanılması əməliyyatı olub.
Teleqraf xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, İran hərbçiləri razılaşdırılmadan Hörmüz boğazı zonasına daxil olan neft tankerinin hərəkətinin qarşısını alıblar.
Agentliyin məlumatında qeyd olunur ki, partlayış İran qüvvələrinin həyata keçirdiyi bu əməliyyat zamanı baş verib.
Bundan əvvəl İranın Sirik şəhəri yaxınlığındakı dəniz akvatoriyasında partlayış baş verdiyi barədə məlumat yayılmışdı. Hadisənin təfərrüatları ilə bağlı rəsmi qurumların açıqlamaları gözlənilir.