BAKI, 12 iyun. TELEQRAF

İtaliya təmsilçisi “Torino” baş məşqçi Roberto D’Aversanı istefaya göndərib.

Teleqraf xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

50 yaşlı mütəxəssis Turin təmsilçisində 2026-cı ilin fevral ayından çalışırdı. Onun rəhbərliyi altında “Torino” A Seriyasını 12-ci pillədə başa vurub.

Qeyd edək ki, D’Aversa bundan əvvəl “Empoli”, “Lecce”, “Sampdoria” və “Parma” klublarını da çalışdırıb.