BAKI, 12 iyun. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Lənkəran rayonu, Biləsər kəndi yaxınlığında yerləşən Biləsər şəlaləsində vətəndaşın batması barədə məlumat daxil olub.

Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.

Dalğıclar tərəfindən 1994-cü il təvəllüdlü Quliyev Elvin Asif oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***

LƏNKƏRAN,12 iyun. TELEQRAF

Lənkəran rayonunda bir nəfərin şəlalədə çimərkən batması ilə bağlı məlumat daxil olub.

Teleqraf-ın Cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun ucqar dağ kəndlərindən olan Biləsər kəndi ərazisində, Hirkan Milli Parkında yerləşən Biləsər şəlaləsində baş verib.

Məlumata görə, FHN-nin Cənub Regional Mərkəzinə bir nəfərin suda batması barədə məlumat daxil olduqdan sonra hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Hazırda batdığı ehtimal olunan şəxsin tapılması və kimliyinin müəyyənləşdirilməsi istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.