BAKI, 12 iyun. TELEQRAF

İranın cənubundakı sahilyanı Bəndər-Abbas şəhəri ətrafında iki partlayış qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə İranın dövlət televiziya və radio şirkəti IRIB məlumat yayıb.

Məlumata görə, partlayışların mənbəyi və baş verdiyi dəqiq məkan hələ müəyyənləşdirilməyib.

Hadisə ilə bağlı başqa təfərrüatlar açıqlanmayıb.

Qeyd edək ki, Bəndər-Abbas İranın ən mühüm liman şəhərlərindən biri hesab olunur və Hörmüz boğazına yaxın ərazidə yerləşir.