AĞDAM, 12 iyun. TELEQRAF
Xaçınçay çayında batan maşın çaydan çıxarılıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə yerinə köməyə çağırılan FHN-nin Qarabağ Regional Mərkəzinin xilasediciləri çayda batıb qalan "Hyundai" markalı avtomobili çıxararaq sahibinə təhvil verib.
18:55
Xaçınçay çayına gələn seldə maşın batıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, son günlər yağan aramsız yağışlar nəticəsində Xaçınçay çayına sel gətirib.
Çaydan keçmək istəyən "Hyundai" markalı avtomobil çayda batıb.
Hazırda avtomobilin çaydan çıxarılması üçün işlər görülür.
Çayda suyun səviyyəsi artmaqda davam edir.