BAKI, 12 iyun. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Şirvan suvarma kanalının Kürdəmir rayonu, Ərəb Qubalı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.

Dalğıclar tərəfindən 1998-ci il təvəllüdlü Emil Həsənovun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.