BAKI, 11 iyun. TELEQRAF

İranla müqavilənin bir sıra yekun müddəaları razılaşdırılıb, lakin Amerika qüvvələri müqavilə bağlanana qədər dəniz blokadasını davam etdirəcək.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün "TruthSocial" şəbəkəsində qeyd edib.

"Yekun müddəaları ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Türkiyə, Pakistan, Bəhreyn, Küveyt, İordaniya, Misir və digər ölkələr də daxil olmaqla bütün tərəflər təsdiqləyib. Dəniz blokadası bu razılaşma yekunlaşana qədər tam qüvvədə qalacaq. İmzalanma vaxtı və yeri tezliklə açıqlanacaq", - deyə Tramp əlavə edib.

ABŞ Prezidenti həmçinin İrana qarşı planlaşdırılmış zərbələri ləğv etdiyini açıqlayıb.